SON DƏQİQƏ

Gəncə sakinində silah aşkarlanıb

Tarix:19-02-2019, 11:54

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 21 yaşlı Oktay Əliyevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd 16 kalibirli lüləsi kəsilmiş "TOZ” markalı odlu ov silahı, 2 ədəd 16 kalibirli patron və 2 ədəd qara rəngli dəmir "beşbarmaq” aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ