www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Şamaxıda canavarlar 74 yaşlı kişini parçaladı - (Video)

Şamaxıda canavarlar 74 yaşlı kişini parçaladı - (Video)

Bölmə: Hadisə
Şamaxıda canavarlar 74 yaşlı kişini parçaladı - (Video)
Şamaxı rayonunda 13 gün əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb.

Məlumata görə, iyunun 16-da Muğanlı kənd sakini, 74 yaşlı Mustafayev Şahmurad Abdul oğlunun itkin düşməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Ş.Mustafayev həmin gün evdən çıxıb və bir daha geri qayıtmayıb. Dünən Ş.Mustafayevin vəhşi heyvanlar tərəfindən parçalanmış meyiti kənd yaxınlığındakı Söyüdlü adlanan taxıl sahəsində aşkarlanıb və dərhal da polisə xəbər verilib. Onun ölümündən əvvəl, yaxud sonra vəhşi heyvanların hücumuna məruz qalması məlum deyil.

Məlumata görə, Ş.Mustafayevin psixoloji problemi olub. Faktla bağlı araşdırma aparılır.