SON DƏQİQƏ

QANUNSUZ SAXLANILAN SİLAHLAR GÖTÜRÜLDÜ

Tarix:15-02-2019, 13:11

   DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan "TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.

 Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən də qanunsuz saxladığı "TOZ” markalı,  təklülə tüfəng aşkarlanıb.

  Faktlarla bağlı araşdırma aparılır.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ