Bu barədə  Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli məlumat verib. Onun sözlərinə görə, uşaqların qəyyumluq hüququ Xəyalə Kərimovadan alınıb:

"Uşaqların qəyyumluğu hazırda Azərbaycan Uşaqlar Birliyinə verilib. Uşaqların üçü də burdadır, vəziyyətləri də yaxşıdır”.

Vasif Akifli onu da qeyd edib ki, Uşaqlar Birliyi tərəfindən nənənin uşaqları küçədə atması və valideyin diqqətsizliyi ilə bağlı məhkəməyə müraciət olunacaq.

Ana Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını ataraq başqası ilə qaçdığı söylənilirdi. Qızı qaçdıqdan sonra isə uşaqların nənəsi nəvələrini küçəyə atıb. Uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub. Uşaqların ana və atası ayrılıblar.