SON DƏQİQƏ

Qubada Körpü Bina Tikinti MMC - nin daş karxanasında itkin düşən ekskovatorçu hələ tapılmayıb

Tarix:11-02-2019, 15:27

Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçayda Körpü Bina Tikinti MMC- nin daş karxanasının işçısı şayda karyer tərəfindən yaradılmış süni  göldə aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, axtarışlara nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. 

Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə "Körpü-Bina-Tikinti” MMC tərəfindən su çəkmə işləri həyata keçirilir. 

Qeyd edək ki bundan əvvəldəVəlvələçayda Körpü Bina Tikinti MMC- nin  daş karxanasında bir nəfər fəhlə bədbəxt hadisə nəticəsində həlak olmuşdu



Axtarış işləri barədə əlavə məlumat veriləcək.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ