SON DƏQİQƏ

AVTOMOBİL QAÇIRAN ŞƏXS SAXLANILIB

Tarix:7-11-2018, 22:49

DİN Mətbuat Xidmətinin  Quba regional qrupundan verilən məlumata görə, noyabrın 6-da Quba Rayon Polis Şöbəsinə banklardan birinə məxsus "Lada Priora” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. "İsti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili  saxta dövlət qeydiyyat nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən edilib. B.Bağırov qaçmağa cəhd etsə də,  polis əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tərəfindən B.Bağırovunbaşqa cinayət hadisələrində iştirakı məsələsi araşdırılır.

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ