SON DƏQİQƏ

Alimlə bağlı 1 milyonluq qalmaqal bitdi

Tarix:15-10-2018, 15:50

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın evindən 1 milyon manatlıq oğurluqla bağlı məhkəmə yekunlaşdı. Oğurluqda suçlanan, evin xidmətçisi olmuş Xanım Zeynalova həbsdən buraxılıb. Oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində oxunmuş hökmə əsasən, ona şərti cəza verilib və 1 il 2 aylıq həbsdən sonra o, azadlığa çıxıb.

X.Zeynalova ilə yanaşı, onun tanışı Aqşin Qəhrəmanov da bu işə görə həbsdəydi. Ona münasibətdə də CM-in 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub.

Prokuror onların hər ikisinə 7 il 6 ay həbs cəzası istəmiş, A.Əliyeva isə keçmiş işçisini bağışladığını və ondan şikayətçi olmadığını bildirmişdi.

 

İttihama əsasən, X.Zeynalova evdən 538 min dollar və 143 min manatlıq qızıl-brilyant oğurlayıb və bir hissəsini tanışı A.Qəhrəmanova verib.

X.Zeynalova isə məhkəmədə özünün də, Aqşinin də təqsirsiz olduğunu deyirdi. Onun sözlərinə görə, A.Qəhrəmanovun ümumiyyətlə, bu işə heç bir aidiyyəti yoxdur.

Məhkəmənin ilk iclasında X.Zeynalova zərərçəkmiş tərəfin ünvanına bir sıra ittihamlar səsləndirmişdi. O bildirirdi ki, A.Əliyevanın evində adına maaş yazılan xeyli işçinin maaş kartları vardı. Hər ayın əvvəlində ev sahibi ona həmin kartlardan pulu çıxartdırıb mənimsəyirdi. Ev sahibinin qızı, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyevanın da ona cinayət xarakterli işlər gördürməyə çalışdığını, həmin evdə şahidi olduqlarını kimsəyə danışmamasından ötrü pul, qızıl verdiyini deyən X.Zeynalova sonradan məhkəmədə ifadə verməkdən imtina etdi.

Bundan öncə isə məhkəmədə notarial qaydada tərəflər arasında barışıq sazişi (X.Zeynalova iki evini verir, qarşı tərəf də şikayətini geri götürür) imzalandı.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ