SON DƏQİQƏ

EVİNDƏ NARKOTİK GİZLƏTMİŞDİ…

Tarix:4-10-2018, 00:12

  Balakən  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

  DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə sentyabrın 26-da Balakən RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Mahamalar kənd sakini Zaur Mamedov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilərkən 1kq 760 qr qurudulmuş marixuana, bundan başqa rayonun Tülü kəndindəki kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi çəkisi 20 kq olan 4 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

 

Mahir Məsimov

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ