SON DƏQİQƏ

62 YAŞLI KİŞİ İTKİN DÜŞÜB

Tarix:26-09-2018, 22:46

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqov sentyabrın 23-də səhər saatlarında rayonda "dağ dibi” deyilən ərazidə  yaşadığı evdən tələsik halda  çıxıb və indiyədək geri qayıtmayıb.

Evdən çıxanda əynində boz rəngli şalvar və pencək,   ayağında qara rəngli  ayaqqabı olub. Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi , orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Mahir Məsimov

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ