SON DƏQİQƏ

BALAKƏN SAKİNİNDƏN NARKOTİK GÖTÜRÜLÜB

Tarix:13-09-2018, 23:55


<!-- [endif] -->

 DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayon sakini Bəhruz Layıcov  saxlanılıb. 

  Ətrafında aparılan araşdırma nəticəsində B.Layıcov tərəfindən Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu və ümumi çəkisi 303 qram olan  qurudulmuş marixuana aşkar edilərək götürülüb.

  Faktla bağlı Qax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Mahir Məsimov,

polis leytenantı

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ