SON DƏQİQƏ

10 TONA YAXIN NARKOTİK TƏRKİBLİ BİTKİ MƏHV EDİLDİ - ŞƏKİDƏ

Tarix:29-08-2018, 18:20

 

 

"Xaş-xaş 2018”   əməliyyat-axtarış  və profilaktiki tədbirlər planına uyğun olaraq  Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki rayonunun Aşağı Daşağıl kəndində   vətəndaşa məxsus  2,5 ha  pay torpaq sahəsində ümumi çəkisi 10 tona yaxın 31 270 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən  aşkar olunaraq yandırılma yolu ilə məhv edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

 

Mahir Məsimov

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ