SON DƏQİQƏ

QUBADA HƏDƏ-QORXU İLƏ PUL TƏLƏB EDƏN 2 NƏFƏR SAXLANILDI

Tarix:27-08-2018, 11:27

HƏDƏ-QORXU İLƏ PUL TƏLƏB EDƏN CİNAYƏTKAR DƏSTƏNİN 2 ÜZVÜ SAXLANILDI

Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və   bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə,Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək, onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Onlar qabaqcadan əlbir olub bir dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığında o pulu ödəyə bilməmiş, bu zaman isə saxlanılar şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək özünü oldürmə həddinə çatdırmışlar. Nəticədə Rasim Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib.

Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Faktla bağlı Mərifət Quliyev və Anar Mövlanov barəsində Quba RPŞ-nin İB-də cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat—axtarış tədbirləri davam etdirilir.

 

 

Nizam Həmidov

polis leytenantı

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ