SON DƏQİQƏ

Qubada yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış naməlum kişi tapılıb

Tarix:20-08-2018, 20:36

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 17-də   Quba şəhəri ərazisində yol nəqliyyat hadisəsi nəticəsində  xəsarət almış naməlum kişi tapı, dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avqustun 19-da   həmin şəxs Quba RMX-da vəfat edib.

Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin əlamətləri belədir:boyu  165-170 sm, arıq bədən quruluşlu, gözləri rəngi qonurdur,  yaşı  60-70 arası. Bədəninin müxtəlif nahiyyələrində döymələr var:sol əlində barmaqlarının üzərində 1959 yazısı, sol biləyində "ana” yazısı, sağ biləyində "ata” yazısı, sol əlində baş barmağında ərəb dilində yazı yazılmışdı.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (02333) 5-43-02; (02333) 5-35-11 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Nizam Həmidov

polis leytenantı

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ