SON DƏQİQƏ

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Tarix:15-08-2018, 10:32

Avqustunn 14-dən 15-dək respublikanın daxili işlər orqanları tərəfindən 132 cinayət faktı qeydə alınıb, onların da 30-u "isti izlər”lə açılıb.

DİN-dən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ