SON DƏQİQƏ

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXS SAXLANILDI

Tarix:13-08-2018, 13:15

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şabran RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Xalisov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə V.Xalisovun evinə baxış zamanı oradan qurudulmuş marixuana, 18 ədəd sellofan və kağız bükümdə satış üçün hazırlanmış ümumi çəkisi 20,212 qram olan heroin, 5 ədəd şpris, 1 ədəd elektron tərəzi, 60 ədəd Tramadol və digər narkotik tərkibli həblər aşkar edilərək götürülüb.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.  

 

Nizam Həmidov

polis leytenantı

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ