SON DƏQİQƏ

Ölkədən 100 min manat çıxarmaq istəyən şəxs saxlanılıb.

Tarix:4-08-2018, 14:08

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Bakı-Dubay aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, onun baqajı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və onun yükləri təkrar yoxlanılıb.

 

Yoxlama zamanı, vətəndaşın iki çamadanından birində 45.000 AZN, digərində 40.000 AZN, əl yükü olan çantasında isə 15.000 AZN olmaqla, cəmi 100.000 Azərbaycan manatı aşkar edilib.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ