SON DƏQİQƏ

Dustaqların qaçışı işi - məhkəmə başlandı

Tarix:4-08-2018, 13:30

Bu gün, avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində aralarında Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin və müğənni Fədayə Məmmədovanın (Laçın) da olduğu 13 nəfərin məhkəməsi başlayıb.

Məhkəmə qarşısına çıxarılan 13 nəfər arasında Fədayə Laçınla yanaşı, daha bir qadın, Günay Atakişiyeva da var. O da müğənni ilə birlikdə qaçan dustaqlardan biri olan Etibar Məmmədovun gizlənməsinə yardım etməkdə suçlanır. Etibar Məmmədovu maşınla apardığı iddia olunan taksi sürücüsü Məhəmməd Hacıyev də təqsirləndirilən şəxslər sırasındadır.

Penitensiar Xidmətdən cinayət məsuliyyətinə cəlb olunanlar sırasında isə polkovnik Bəhruz Abdullayevdən başqa, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov da var. Qaçan dustaq Əli Ağami də onlarla birlikdə mühakimə olunur.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 304.2 (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə), 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlananlar Penitensiar Xidmətin əməkdaşlarıdır.

Hazırlıq iclasında əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərini təqdim ediblər.

Həmin vəsatətlər əsasən, təqsirləndirilən şəxslər barəsində açılmış cinayət işlərinə xitam verilməsi, onlar barəsində seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı olub.

Ancaq hakim Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətləri rədd edib.

Proses avqustun 8-də davam etdiriləcək.

Xatırlatma

Ötən il oktyabrın 22-dən 23-nə keçən gecə qatardan qaçan dustaqlar Əli Ağami və Etibar Məmmədov olub.

Ə.Ağami oktyabrın 26-da Şirvanda həbs edilib. «Qoca» ləqəbi ilə tanınan 37 yaşlı E.Məmmədovun isə noyabrın 2-nə keçən gecə tutulmasından ötrü keçirilən əməliyyatda öldürüldüyü bildirilir.

Onlar qəsdən adam öldürmə və başqa cinayətlərdə suçlanırdı. 1989-cu il doğumlu Əli Ağamiyə həmin hadisədən təxminən bir ay sonra – 2017-ci ilin noyabrında hökm oxunub və ona 19 il həbs cəzası kəsilib. Onların hər ikisinin qaçdıqları zaman məhkəməsi gedirdi.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ