SON DƏQİQƏ

Rus polkovniki 18 yaşlı qızı zorladığına görə qətlə yetirmiş çeçeni son mənzilə bütün Şimali Qafqaz yola saldı...- Video

Tarix:4-08-2018, 13:05

"Onun nə pulu, nə də yüksək vəzifəsi vardı, o, sadəcə, xalqının şərəf və zinəti idi…”

Şimali Qafqazın müxtəlif bölgələrinin sakinləri iyrənc rus polkovniki Yuri Budanovun qətlinə görə məhkum edilərək xəstəxanada həlak olmuş Yusup Temerxanovla vidalaşmaq üçün Çeçenistan Respublikasına axışırlar.  Moderator.az Dağıstan  mediasına istinadla xəbər verir ki, bu haqda video-görüntüləri bloger Azamat Mintsaev "Facebook” səhifəsində paylaşıb. 

"Bir xalqın qəhrəmanı,  onun sevimlisi olmaq nə deməkdir? Bunu bilmək istəyirsinizsə, bu videonu izləyin!  Çeçenistan Respublikası, İnquşetiya, Dağıstan, Qaraçay-Çərkəz, Kabardin-Bulqar və Şimali Qafqazın bütün guşələrindən insanlar Yusup Temerxanovun ölümü ilə bağlı başsağlığı vermək üçün onun valideynlərini ziyarət edirlər.  Onun nə pulu, nə böyük vəzifəsi vardı, o, sadəcə, öz xalqının şərəf və zinəti idi. Bu oğlan öz azadlığı, sağlamlığı və həyatını xalqının şərəfi uğrunda  qurban verdi”, –deyə A. Mintsyev şərhində yazır. 

Xatırladaq ki,  Rusiya ordusunun  Çeçenistanda xidmət edən polkovniki Yuri Budanov 2000-ci ilin martında 18 yaşlı çeçen qızı Elza Kunqayevanın oğurlanması, zorlanması və qətli ittihamı ilə həbs edilib. Daha sonra zorlama maddəsi Y.Budanovun üzərindən götürüldü və bunun üçün məsuliyyəti onun tabeliyində olan hərbi qulluqçulardan biri boynuna aldı.

2003-cü ildə polkovnik Y.Budanov ciddi rejimli koloniyada 10 illik həbs cəzasına məhkum edildi. O, igidlik ordeni və hərbi rütbələrdən məhrum edildi. 2004-cü ildə keçmiş polkovnik əfv üçün ərizə yazdı. Rusiya məhkəməsi onun ərizəsini qəbul edərək əfv olunması məsələsinə baxmaq istədi. Lakin bu,  Çeçenistan və digər Şimali Qafqaz regionlarında etiraz dalğasına səbəb oldu. Odur ki, əfv icra olunmadı. Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırov da rus polkovniki Y.Budanovun əfv edilməsi cəhdinə qəti etirazını bildirmişdi…

2009-cu ildə vaxtından əvvəl azadlığa buraxılan  cinayətkar rus hərbçisi Y.Budanov 2011-ci il iyunun 10-da Moskvada Komsomol prospektində  güllələndi.  Ona atılan güllələrdən 4-ü başına dəydi. Bir ay sonra qətl şübhəsi ilə Yusuf Temerxanov saxlanıldı. O, həmçinin silahsız qaçaqmalçılıqda ittiham olunurdu. 2013-ci ildə Y.Temerxanov 15 illik həbs cəzasına məhkum edildi. 

Rəsmi məlumata görə, Y.Temerxanov iyulun 3-ü səhər saat 5 radələrində Omsk şəhərindəki həbsxananın xəstəxanasında xeyli vaxtdı əziyyət çəkdiyi xroniki xəstəlikdən həlak olub.


 

 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ