SON DƏQİQƏ

5 qadını fahişəliyə cəlb edən Xəyal özünü təqsirli bilmir

Tarix:3-08-2018, 14:14

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfər qadını işləmək adı ilə Türkiyəyə aparıb onları fahişəliyə məcbur etməkdə təqsirləndirilən Xəyal Ələkbərov və Zəhra Quliyevanın məhkəməsi keçirilib.

hakim Mahmud Ağalarovun icraatında olan prosesdə baxış iclası baş tutub. 

Prokuror çıxış edərək ittiham aktını elan edib.

 

İttihama görə,  adıçəkilən şəxslər 5 nəfər qadını Türkiyəyə yüksək maaşla işləmək adı ilə aparıblar. Qurbanları avtobus və təyyarə ilə Türkiyəyə yol salıblar. Onları Türkiyədə Zəhra Quliyeva özü qarşılayıb. Qadınların xarici pasportunu alaraq onları cinsi istismara məruz qoyub və yaşadıqları evdə ayrı-ayrı şəxslərlə cinsi əlaqəyə girməyə məcbur ediblər. 

X. Ələkbərov özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş qadınları Türkiyəyə iş üçün göndərib. Z. Quliyeva da özünü təqsirli bilmədiyini deyib. Zərərçəkmiş şəxslər isə məhkəmə prosesində iştirak etməyib. 

P. S: Qanunvericiliyə görə insan alveri qurbanlarının adları açıqlanmır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ