SON DƏQİQƏ

Qubada keçmiş icra başçısı Mübariz Ağayevin evi yandı

Tarix:28-10-2017, 21:50

Quba rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Hadisə dünən gecə saat 23:30 radələrində rayonda yerləşən evlərin birində olub.

"Sputnik” xəbər verir ki, həmin ev rayonun keçmiş icra başçısı Mübariz Ağayevə məxsusdur. Evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə xidmətinin yanğınsöndürmə maşınları cəlb olunub. Yanğın 2 saatdan çox davam edib.

Qeyd edək ki, Mübariz Ağayev Quba ryonunda 2012-2015-ci illərdə icra başçısı vəzifəsində çalışıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ