SON DƏQİQƏ

16 yaşlı şagirdin intihar kəndirində son sözləri: “Ana, kömək et, ölürəm!”

Tarix:11-01-2019, 14:37

"Kəndir boğazında olanda möhkəm qışqırıb"

Tərtər rayonunda 16 yaşlı şagirdin intiharı ilə bağlı bəzi məqamlar məlum olub.

Rayonun Təzəkənd kəndindən verilən məlumata görə, Ayşən Qasımlı özünü sevdiyi oğlana görə öldürüb:

"Ayşən 11-ci sinif şagirdi idi. Qohumu ilə bir-birini sevirmişlər. Oğlan ona elçi göndərib, ancaq məktəbli olduğundan ailəsi verməyib. Ayşən də dərsdən gələndən sonra su gətirmək adı ilə evdən çıxıb. Kəndiri həyətdəki yarımçıq tikilidə boğazına keçirib. Kəndir boğazında olanda bərkdən qışqırıb ki, "ana kömək et, ölürəm”. Səsə anası çıxıb. Ana qızının boğazından kəndiri açana kimi Ayşən keçinib”.

Qeyd edək ki, Tərtər rayonunda intihar hadisəsi baş verib. Rayonun Təzəkənd kənd sakini 16 yaşlı Ayşən Qasımlı özünü öldürüb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ