www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Sərnişinlər qadını təhqir edən avtobus sürücüsünü döydülər

Sərnişinlər qadını təhqir edən avtobus sürücüsünü döydülər

Bölmə: Hadisə
Sərnişinlər qadını təhqir edən avtobus sürücüsünü döydülər

Bakıda qadını təhqir edən avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.
Insident 33 saylı avtobusun sürücüsü ilə sərnişinlər arasında baş verib. Bildirilir ki, sürücü avtobusu həddindən artıq bərk sürüb, qəfil əyləci basıb, yolda manevrlər edib. Sərnişinlərdən biri sürücünü avtobusu asta sürməyə, qaydaları pozmamağa çağırıb. Sürücü isə qadına “ürəyim necə istəyir, elə sürürəm” deyincə, avtobusdakı digər sərnişinlərin də səbri daşıb və dava başlayıb.

Mübahisə polis əməkdaşının müdaxiləsi ilə bitib. Qəzəbi soyumamış sərnişinlər sürücünün kobudluq etdiyi qadından üzr istəməsini tələb ediblər.

Qeyd edək ki, bu, sərnişinlərlə avtobus sürücüsü arasında baş verən ilk insident deyil. Avtobuslarda bu cür hadisələr əvvəllər də olub.