www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Lerikdə “Çoban Xanış”ın oğlu həyat yoldaşını öldürdü

Lerikdə “Çoban Xanış”ın oğlu həyat yoldaşını öldürdü

Bölmə: Hadisə
Lerikdə “Çoban Xanış”ın oğlu həyat yoldaşını öldürdü
Bu gün axşam saatlarında Lerikdə ağır cinayət hadisəsi baş verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, “Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşını qətlə yetirib.

Mərhumun yaxınları qeyd ediblər ki, ailədə tez-tez baş verən dava-dalaş zamanı həyat yoldaşı onu öldürəcəyini deyirmiş. Mərhum dəfələrlə bu barədə rayon hüquq-mühafizə orqanlarına müraciət edib, lakin heç bir tədbir görülməyib.

Qeyd edək ki, Nazim Şahıyevin qətlə yetirdiyi həyat yoldaşı iki uşaq anasıdır