SON DƏQİQƏ

Bakıda gözəllik salonunda qadın bıçaqlandı – Keçmiş əri tərəfindən

Tarix:9-01-2019, 12:39

Bakıda gözəllik salonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "Stil” Gözəllik Salonunda keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb.

A.Rzayeva çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci( qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z. Rzayev saxlanılıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ