SON DƏQİQƏ

Quba Xəstəxanasının baş həkimi "Rixos" otelindəki qəzadan DANIŞDI

Tarix:9-07-2018, 15:26

Bu gün Quba rayonundakı "Rixos" otelinə məxsus kanatda baş verən hadisə nəticəsində  xəsarət alanlar şəxslərdən birinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.


Bu barədə Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Səfərov məlumat verib. Baş həkim qeyd edib ki, hadisə nəticəsində xəstəxanaya 2 nəfər gətirilib:


"1958-ci il təvəllüdlü Rafiq Həsənov sağ ayağın aşağı ətrafının sıyrılmış yarası və 1985-ci il təvəllüdlü Rahid Əliməmmədov döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya daxil olub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Rafiq Həsənov evə buraxılıb. Rahid Əliməmmədovun isə müalicəsi davam etdirilir, vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur”.

 

Qeyd edək ki, hadisə nəticəsində otelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu dünyasını dəyişib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ