SON DƏQİQƏ

OGURLUQ EDƏN ŞƏXS SAXLANILDI

Tarix:9-07-2018, 15:21

​ DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, iyulun 8-də DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Yalama Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində üç gün əvvəl Xudat şəhəri ərazisində yerləşən "Topaz” məntəqəsinin xəzinəsindən qizli yolla 160 manat pul ogurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədov saxlanılıb. 
Ətrafında aparılan tədbirlərlə onun Quba ərazisində yerləşən başqa bir "Topaz” məntəqəsindən 180 manat və Xudat şəhər ərazisində yerləşən kafelərin birindən 25 manat oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı N.Məmmədov törətdiyi cinayəti etiraf edib. 
Faktla bağlı araşdırmalar aparılır. 
Nizami Məmmədovun başqa bölgələrdə analoji cinayətləri törədib törətməməsi araşdırılır. Onun cinayət əməllərindən zərər çəkən şəxslərdən  DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin aidiyyəti üzrə Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur. 
 
Nizam Həmidov
polis leytenantı
 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ