SON DƏQİQƏ

Borca görə dostunu öldürənə 10 il müddətinə həbs cəzası verilib

Tarix:9-07-2018, 14:32

Borc aldığı dostunu öldürən şəxsin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sənan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Sənan Əzimovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə Sənan Əzimova son söz verib. S.Əzimov deyib ki, dostunu tamah məqsədi ilə vurmayıb: "Rüfətə borcum olub, amma onu öldürmək niyyətim olmayıb. İş qurmaq üçün 6 min almışdım. Sonra yanımda işlədi, ona 1500 manat qaytardım. Yanımda işlədiyinə görə əlavə aylıq pul da verirdim. Sonra məndən pul istədi, söz verdim ki, qaytaracam. Həmin gün məni görüşə çağırdı. Ondan spirtli içki iyi gəlirdi. Söhbət zamanı mənə əl atdı. Bir neçə dəfə onu sakitləşdirdim. Amma gözləmədiyim anda mənə yumruq vurdu. Yerdən nəsə götürüb üstümə gəldi. Geri çəkildim, bilmədən onu bıçaqla vurdum. Buna görə peşmanam. İstəməzdim belə bir şey olsun".

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən onun əməli Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsindən (tamah niyyəti ilə adam öldürmə) 120.1-ci maddəyə (qəsdən adam öldürməyə) tövsif edilib. Bununla da S.Əzimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin fevral ayında Suraxanı rayon Əmircan qəsəbəsi ərazisində, dəmiryolu platformasında baş verib.

Rayonun Bülbülə qəsəbə sakini Əzimov Sənan Natiq oğlu tanışı, 1987-ci il təvəllüdlü Palejniy Rüfət Vasilyeviçi bıçaqlayaraq öldürüb. S.Əzimov tanışını öldürəndən sonra könüllü olaraq polisə təslim olub.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ