www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Azərbaycanda 22 yaşlı qız valideynlərinə şok yaşatdı

Azərbaycanda 22 yaşlı qız valideynlərinə şok yaşatdı

Bölmə: Hadisə
Azərbaycanda 22 yaşlı qız valideynlərinə şok yaşatdı
Xaçmaz rayonunda 22 yaşlı qız özünü öldürüb

Hadisə Ötən gün saat 21 radələrində Xaçmaz rayonunda 22 yaşlı qız özünü öldürüb.

Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahvərənovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə Müşkür şəhərində qeydə alınıb. Şəhər sakini 1992-ci il təvəllüdlü Firuzə Fərhad qızı Ələkbərova yaşadığı yaşadığı evdə özünü asıb.

Onun asılmış bədənini valideynləri tapıb. İntiharın səbəbləri məlum deyil. İntihar edən qızın ruhi xəstə olduğu bildirilir. Deyilənlərə görə, qız bir neçə dəfə özünü öldürmək istəyib. Lakin o zaman bunun qarşısı alınıb. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.