SON DƏQİQƏ

MEŞƏNİ ƏKİN SAHƏSİ SEÇMİŞDİ

Tarix:6-07-2018, 00:19

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyulun 4-də Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon Zuxur kəndinin ərazisində olan meşəlik ərazidə həmin kənd sakini İskəndər Sərkərovu iş başında yaxalayıblar. Belə ki, adı şəkilən şəxs həmin ərazidə xüsusi aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 16-65 sm olan  kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edərək götürülüb. 
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, narkotik bitkilərin yaş çəkisinin 1000 qr olması barədə rəy verilib. 
Dindirilmə zamanı həmin şəxs  meşəlik ərazidə insan sıxlığının olmadığından narkotik vasitələri orada əkib becərdiyini və şəxsi istifadəsi üçün qulluq etdiyini bildirib.  
​Faktla bağlı araşdırmalar aparılır.

Nizam Həmidov
polis leytenantı



скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ