SON DƏQİQƏ

EVDƏN OĞURLUQ EDƏN SAXLANILDI - XAÇMAZDA

Tarix:11-06-2018, 23:18

​DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayında rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Xaçmaz şəhər sakini Vüsal Ağammədov olması müəyyən edilib. 
Dindirilmə zamanı V.Ağammədov törətdikləri cinayət əməlini etiraf edib, fevralın ayının 6-da gecə saatlarında zərərçəkənin evinə gizli yolla qirərək oradan 4000 manat dəyərində olan qızıl-zinət əşyaları və bir ədəd mobil telefon götürdüyünü,  oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını bildirib. 
Faktla bağlı araşdırma aparılır.

Nizam Həmidov
polis leytenantı

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ