"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Rayon ərazisində 90-PJ-720 dövlət qeydiyyat nişanlı "Ravon Nexia" markalı avtomobilin sürücüsü Hacıyev Namiq Cəmil oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib. Naməlum şəxs sürücünü öz avtomobilinin içərisində qətlə yetirib.

Qeyd edək ki, N.Hacıyev taksi fəaliyyəti ilə məşğul olub.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.