SON DƏQİQƏ

OĞURLUQDA ŞÜBHƏLİ BİLİNƏNLƏR SAXLANILDILAR

Tarix:1-06-2018, 20:46

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, ötən il noyabrın 7-də Quba şəhər sakini C.Pirəliyeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib. Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılaraq polis şöbəsinə gətirilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun törətdilən cinayətdə iştirakı və hadisədə iştirak edən digər şəxslər də müəyyən olunub. 
Faktla bağlı Quba RPŞ-nin İB-də araşdırmalar aparılır.

Nizam Həmidov
polis leytenantı

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ