www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » 13 yaşında 3 dəfə hamilə qaldı


13 yaşında 3 dəfə hamilə qaldı

Bölmə: Hadisə
13 yaşında 3 dəfə hamilə qaldı
Baxın, bu uşaqlar haralarda yaşayır ...

Həyat tərzi Dünyanın fərqli ölkələrində yaşayan uşaqları və onların həyat tərzlərini fotoqrafın yaddaşına həkk edən Ceyms Millisonun (James Mollison) çəkdiyi fotolar dünya ictimaiyyətini düşündürməyə vadar edib. ANS PRESS-in məlumatına görə, fotoqrafın təqdim etdiyi fotolar uşaqların hər birinin maraqlı olduğu qədər təəccüblü həyat hekayəsini üzə çıxarıb. Bu uşaqların ölkələri kimi həyat tərzləri və həyat hekayələri də çox fərqlidir. Biri cəh-cəlal içində və mühafizəçilərin qoruması ilə yaşadığı halda, digəri gecələr başını qoymağa rahat yer tapmır.

Ən dəhşətlisi isə Braziliyada yaşayan 14 yaşlı Erlenin həyat hekayəsidir. Bu qız çox tez böyüyüb, 13 yaşında 3 dəfə hamiləlik keçirib. Hazırda dördüncü hamiləliyini yaşayan qızcığazın yatmağa çarpayısı belə belə yoxdur. Hamiləliyinin son aylarında yataqda yata bilməyən 14 yaşlı qızcığaz, quru yerdə yatmaq məcburiyyətində qalır. Daha öncə hamilə qaldığı 3 körpəsinin bətnində ikən itirən Erlen, yeni uşağı dünyaya gətirdikdən sonra işləməyə başlayacaq...