SON DƏQİQƏ

"Ailəmi rayona göndərib, gecə klubuna getdim" - Məhkəmədə ifadə

Tarix:1-06-2018, 14:32

Barda tanış olduğu qıza sataşan şəxsi vurmaqda təqsirli bilinən İslam Yusifovun məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə ifadə verən İslam Yusifov özünü qismən təqsirli bildiyini deyib:

"Elnarə ilə klubda tanış olmuşduq, orada işləyirdi. Onu əvvəldən tanımırdım. Həmin gün ailəmi rayona göndərmişdim, özüm də gecə kluba getdim. Mən də içkili idim, Elnarə də. Kamil bir neçə dəfə qıza yaxınlaşdı, o "otval" verdi. Sonra da qızın yaxasından tutdu, yaxınlaşıb ona dedim ki, bu nə hərəkətdir edirsən. O da məni söydü, mübahisə etdik, sonra aralaşdıq. Mən onu vurmaq istəmirdim, böyük bir səbəb də yox idi. İndi Kamillə barışmışıq".

Prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən? İ.Yusifov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Yusifov gecə saatlarında paytaxtın Nizami rayonunda yerləşən "Siyah-beyaz" gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb və əsəbiləşib.

Bundan sonra K.Cəlilov bir dəfə qızın yaxasından tutduğu üçün İ.Yusifov ona yaxınlaşaraq iradını bildirib və mübahisə ediblər.

Daha sonra o, Kamili izləyib və Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vuraraq yerə yıxıb və döyüb. Nəticədə K.Cəlilov baş və bədən nahiyələrindən ağır xəsarətlər alıb.

Qeyd edək ki, İ.Yusifov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ