SON DƏQİQƏ

EVDƏN OĞURLUQ OLMUŞDU

Tarix:30-05-2018, 14:04

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Xudat şəhəri ərazisindəki evlərdən birindən oğurluq törədilməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə dərhal istintaq-əməliyyat qrupu gəlmiş, evə baxış keçirilmiş, digər zəruri tədbirlər görülmüşdür.
 Bu zaman mənzildən və həyətdən müxtəlif növ tikinti materialları, o cümlədən 2 plastik qapı, 1 ədəd lagonda və drel, 1 ədəd su nasosu, 200 litrlik su çəni, 30 metrlik dəmir boru, 36 kisə sement və məişət avadanlıqları oğurlanaraq ev sahibinə xeyli miqarda maddi ziyan vurulduğu müəyyən edilmişdir.
Polis əməkdaşları tərəfindən oğurluğu torətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Nəsirullayev saxlanılmışdır.
Araşdırma zamanı o, törətdiyi cinayəti etiraf etmişdir. Oğurladığı tikinti materiallarının bir qismi maddi sübut kimi ondan götürülmüşdür. 
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nizam Həmidov,
polis leytenantı

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ