SON DƏQİQƏ

Bankda müştərini girov götürüblər – 'Borcum vardı, istəyirdim, məni tutsunlar...'

Tarix:29-05-2018, 22:56

Bu ilin yanvarında Bakıda bankda müştərini girov götürüblər. Hadisə «TuranBank»ın Yasamal filialında, günorta saatlarında baş verib. İndi həmin olay Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Məhkəmə qarşısına çıxarılan isə Nazim Məmmədovdur. O, mayın 29-da keçirilən məhkəmədə bankda müştərini niyə girov götürməsi barədə ətraflı danışıb.

Cinayət işinin materiallarında yazılıb ki, N.Məmmədov bankda 51 yaşlı Səriyyə Nəcəfovanı tutub, üstündəki mətbəx bıçağını boğazına dirəyib. Xəzinədar Kənan Miriyevə də deyib ki, pul verməsə, qadını öldürəcək. Kassada 198 min 345 manat pul olub. Həmin vaxt mühafizə siqnalizasiyası işə düşüb və polislər gəlib N.Məmmədovu tutub aparıblar.

«Fikirləşdim, 1-2 il yatıb çıxaram»

N.Məmmədov deyir ki, özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, banka gedəndə məqsədi basqın etmək olmayıb: «Xeyli borcum var idi, bu səbəbdən əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar, buna görə də cinayət törətmək istədim. Fikirləşdim ki, oğurluq edib kiməsə ziyan vurmayım. Ona görə belə etdim. Onsuz da mənə pul verməyəcəklərini bilirdim. Niyyətim də bankı soymaq deyildi. Kassada o qədər pul olacağını da bilməzdim, özüm də konkret məbləğ istəməmişəm».

Təqsirləndirilən şəxsin sözlərinə görə, qohumlarına 12 min 800 manat borcu var idi: «Anlayıram ki, mənim hərəkətlərimin əksəriyyəti məntiqli deyildi. Etdiklərimə görə üzr istəyirəm. Qadın kassaya yaxın olduğu üçün məhz onu tutdum, başqa heç kəsə hədə-qorxu gəlmədim. Fikirləşdim, yəqin, 1-2 il yatıb çıxaram, cəzamın 10-15 il olacağını bilsəydim, əlbəttə ki, eləməzdim».

Qardaşı da onun böyük məbləğdə borcu olduğunu təsdiqləyib.

Vəkili deyir ki, N.Məmmədov boşanıb və 3 uşağa aliment ödəyib. Əsəbləri pozulduğundan 2009-cu ildə Psixiatriya Xəstəxanasında müalicə olunub.

Bankın əməkdaşı məhkəmədə bildirib ki, qadını N.Məmmədov özü buraxıb, sonra mühafizəçilər gəlib: «Nazim bıçağı yerə qoydu, mühafizə xidmətinin əməkdaşı onu yerdən götürdü».

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ