SON DƏQİQƏ

Bağ salmışdı, barsız-bəhərsiz...

Tarix:25-05-2018, 12:41

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir
Xaşmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, mayın 22-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini U.Ağayevaya məxsuz evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş küllü miqdarda narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 35-50 sm olan 2153 ədəd çətənə kolu, evin eyvanından və qaraj hissəsindən isə hündürlüyü 100-120 sm olan dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu, çətənə bitkilərinin toxumu və qablaşdırmaq üçün istifadə olunan kibrit qutuları aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı həmin qadın çətənə kollarını özü becərdiyini bildirib.
​Faktla bağlı araşdırmalar aparılır.

Nizam Həmidov
polis leytenantı

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ