SON DƏQİQƏ

STANSİYADAN OĞURLUQ OLMUŞDU

Tarix:21-05-2018, 22:28

​ DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 5-də mobil telefon operatorlarının birinə məxsus Təkiyə kəndində yerləşən stansiyadan oğurluq etməkdə şübhəli bilinən 3 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların Siyəzən rayon sakini Binyamin Əliyev, Çaraq kənd sakinləri Vilayət Hacıbalayev və Aqil Əzimov olduqları məlum olub. 
Aparılan tədbirlərlə onların 51 metr elektrik və fiber kabel, habelə 4 ədəd akkumulyator və kondisionerin hissələrini oğurlamaqla, mobil  operator şirkətinə 4898 manat maddi ziyan vurduqları müəyyən olunub.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır. 


Nizam Həmidov
polis leytenantı

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ