Zərdab rayon sakinləri - Mürsəliyev Faiq Əsgər oğlu, Fətəliyev Bəxtiyar Beydulla oğlu, Məmmədov Sadiq Arif oğlu və Qurbanov Anar Şirvan oğlu Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, rayon sakini Məmmədov Qənimət Tehran oğlunun onların barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb etdiyini bildiriblər.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü müxbir kimi qələmə verən Q. Məmmədov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, Q.Məmmədov Ucar rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan rayon sakinləri - İsgəndərov Elvin Əlikram oğlunu, İbrahimli Rəhim Aktiv oğlunu və İbrahimov Müşfiq Səmid oğlunu sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələyərək onlardan müxtəlif məbləğdə pul tələb edib.

 

 

Faktla bağlı Zərdab Rayon Polis şöbəsində araşdırma aparılır.