SON DƏQİQƏ

Klinika sahibinin 35 minini oğurlayan dələduzlar hakim qarşısında

Tarix:14-05-2018, 13:24

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəməsi keçirilib.

hakim İradə Həsənzadənin icraatında olan prosesdə zərərçəkmiş İlhamə Yusifova ifadə verib. O bildirib ki, evə basqın edən şəxslər ona qadın olduğu üçün bir şey etməyəcəklərini desələr də, xəsarət yetiriblər:

"Qaranlıq olduğu üçün üzlərini görmədim. Məni kimin vurduğunu bilmədim. Mənə dedilər qadınsan, səsin çıxmasın, səninlə işimiz olmayacaq”.

 

Proses mayın 21-də davam etdiriləcək. İttihama görə, F.Əliyev 2 ay müddətinə "Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin söyləyib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

Bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. A.Əmirov, N.Musayev və B.Hacızadə Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ