SON DƏQİQƏ

'Polis rəisi göstəriş verdi, mən də elədim...'

Tarix:6-09-2018, 15:13

Dustaqların qaçmasına dair cinayət işinin materiallarının bir hissəsi korrupsiya hallarıyla bağlıdır. İşin korrupsiyadan bəhs edən hissəsi əsasən Penitensiar Xidmətin konvoy taborunun komandiri olmuş, ədliyyə polkovniki Bəhruz Abdullayevə aiddir.

Dustaqlardan alınan puldan həftəlik 500 manat...

İş materiallarında yazılıb ki, müxtəlif məhkəmələrdə dustaqların təcridxanalardan aparılıb-gətirilməsinə nəzarət edən konvoyların qarovul rəisləri həftəlik B.Abdullayevə pul verirmiş. Həmin pullar da dustaqların yaxınları ilə görüşdürülməsindən əldə olunurmuş.

Sentyabrın 5-də dustaqların qaçmasına görə həbs olunmuş 13 nəfərin məhkəməsində bu məsələ araşdırılıb.

Polkovnikə pul verdiyi iddia olunanlar arasında Bakı Apellyasiya Məhkəməsində xidmət edən qarovul rəisi Taleh Yusifov da var. İttihama görə, o, dustaqların qohumlarıyla görüşdürülməsi, onlara yemək çatdırılması və s. üçün yığılan pullardan polkovnik B.Abdullayevə həftəlik 500 manat verirmiş.

 

 

 

 

 

 Ancaq T.Yusifov məhkəmədə deyib ki, nə kimsədən pul alıb, nə də kiməsə pul verib. Dustaqları da, onların qohumlarını da yola verib: «Sadəcə, yola vermişəm, bizim işimiz yola verməkdi. Bu gün də yola verirəm. Hər adamın öz iş prinsipi var, mən də belə işləmişəm. Amma heç kimdən pul almamışam, heç kimlə alış-verişim olmayıb. Təlimatdan kənar heç bir iş görməmişəm. Gündə 70-80 dustaq qəbul etmişik, çətin vəziyyətdə işləmişik».

«Fədayə xanım rəislə danışdı və...»

Dustaqların qaçmasından sonra həbs olunanlarla yanaşı, xeyli adam da işini itirdi. Lənkəran Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin rəisi Əlişir Fərəcov da onlardan biridir.

Qaçan dustaqlardan biri E.Məmmədov polis şöbəsində müğənni Fədayə Məmmədova (Laçın) ilə görüşüb. Orada olduğu müddətdə müxtəlif dostlarıyla dəfələrlə telefonla danışıb.

 
 

 

 Hadisə baş verən gün məhkəmədən sonra E.Məmmədov və onunla birlikdə mühakimə olunan şəxslər, əslində, Lənkəran Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində qalmalıydılar. Ancaq orada onları saxlamayıblar ki, problemli dustaqlardır. Onları həmin gecə Bakıya qaytaranda da bu hadisə baş verib.

Ə.Fərəcov deyir ki, Etibarın Fədayə ilə görüşdürülməsi Lənkəran Şəhər Polis Şöbəsinin rəisi İslam Hümbətovun göstərişindən sonra baş tutub: «Fədayə xanım gəlib Etibarla görüşmək istədiyini dedi, razılıq vermədim. O, cəmiyyətdə tanınmış adam olduğunu, rəislə görüşmək istədiyini dedi. Rəislə danışandan sonra onun tapşırığı ilə görüş təşkil etdik. Qadın xeylağı olduğuna görə Fədayə xanımın üstünü yoxlamadıq».

Hakim sabiq rəisin nəzərinə çatdırıb ki, həmin vaxt F.Laçın orada telefonla E.Məmmədovla şəkillərini çəkib. İş materiallarında E.Məmmədovun Lənkəran və Astaranın polis şöbələrinin müvəqqəti saxlama yerlərində olan zaman özünün şəxsi telefonundan istifadə edib başqalarıyla danışması barədə sübutlar var. Məsələn, dostu Aqil Nəcəfovla oktyabrın 21-də də 18 dəfə, 22-də 36 dəfə danışıb. Elə həmin telefonla olduğu yerdəki dəmir barmaqlıqların şəklini çəkib müğənniyə göndərib.

Hakim Azad Məcidov deyib ki, dustaqların qaçmasına görə həbs olunan 13 nəfər haqqında hökm verilərkən Lənkəran Rayon Polis Şöbəsində yol verilmiş qanunsuzluqlarla əlaqədar da xüsusi qərar çıxarıla bilər.

 


Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Onların arasında Penitensiar Xidmətin Konvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri, müğənni Fədayə Laçın da var.

B.Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami vəEtibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Ə.Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. E.Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində ölüb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ