www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi

Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi

Bölmə: Hadisə
Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi
Bakıda təqsirləndirilən şəxs təcridxanada vəfat edib.
Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakı İstintaq Təcridxanasında qeydə alınıb.

Vəfat edən 1956-cı il təvəllüdlü Rasim Ağayevin Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilərək təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyi bildirilir.

Hazırda R. Ağayevin ölüm səbəbləri araşdırılır.