Dogru.Tv > Gündəm > “Şəmkir”in futbolçusu birinci oldu

“Şəmkir”in futbolçusu birinci oldu


Tarix: 30-10-2016, 22:36. Müəllif: Anonim
“Şəmkir”in futbolçusu birinci oldu
Peşəkar Futbol Liqasının layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib müəyyənləşib.
Jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Şəmkir” Futbol Klubunun kapitanı Qeyrət Qənbərovun “Zaqatala”-“Şəmkir” oyununda (1:2) vurduğu qol sentyabr ayının ən yaxşı qolu seçilib.
Pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni “Şəmkir” – MOİK oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov futbolçuya təqdim edib. Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb. Futbolçu hədiyyəni Şəmkir rayon icra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun adından birinci müavin Qüdrət Əliyevdən alıb.
Qeyd edək ki, “Şəmkir”-MOİK oyunu 1:0 hesabı ilə başa çatıb. Azərbaycan çempionatının 1-ci Divizionunda 8 turdan sonra “Şəmkir” Futbol Klubu 16 xalla turnir cədvəlində 2-ci sırada qərarlaşıb.

Сабина Мамедова

Geri Qayıt