SON DƏQİQƏ

Şagird və müəllimlərdə koronavirus aşkarlanıb, bir məktəbdə əyani tədris dayandırılıb

Tarix:22-09-2020, 14:41

Dərs ili başlayandan sentyabrın 21-nə qədər aralarında şagird və işçi heyət olan 121 nəfərdə koronavirus aşkarlanıb, Təhsil Nazirliyi bildirib.

Qurumun açıqlamasına görə, şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün məktəbə gəlməyiblər.

Azərbaycanda sentyabrın 15-dən dərslər başlasa da, koronavrus epidemiyasına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hələ ki, yalnız ibtidail sinif şagirdləri həftədə iki dəfə məktəbə gedirlər. Digər sinif şagirdləri isə təhsilə distant formada başlayıblar.

Təhsil Nazirliyi bildirir ki, son 1 həftə ərzində 95 şagird və 26 işçi, o cümlədən Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllim virusa yoluxub. Buna görə də həmin məktəbdə əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Güman edilir ki, müəllimlər arasında kütləvi yoluxmanın səbəbi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsidir.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.

Təhsil Nazirliyi bildirir ki, ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Koronavirus epidemiyasına görə, valideynlərə arzu etdikləri təqdirdə uşaqlarını məktəbə buraxmamaq hüququ verilib. Təhsil Nazirliyinin məlumatına görə, I-IV siniflər üzrə təhsil alan 625 mindən çox şagirdin təxminən 8 mininin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ