www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » “Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlim

“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlim

Bölmə: Gündəm
Nərimanov rayonunda “Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlimi keçirilib.
“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlim
09 iyun 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlimi keçirilib.
Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri Rəşad Bayramov və 40 nəfər fəal gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək kimi məsələlərlə bağlı məlumat vermişdir. L.Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi ali məktəblərdə tələbələr arasında mədəniyyət fəaliyyətində humanitar təşəbbüslər anlayışını aşılamaqdır. Təlimlərin KİV-də işıqlandırılması, yazılacaq inşalar, keçiriləcək sorğular layihənin məqsədini və vəzifəsini tamamlayacaq.
Sonra “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri, layihənin təlimçisi Rəşad Bayramov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Bayramov bildirmişdir ki, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək lazımdır. Gənclərin mədəniyyətin inkişafında xüsusi yeri və rolu vardır. Onların istəyi, əməyi və çalışması ilə mədəniyyətimiz daha da inkişaf edir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik olan xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Bəzən, tələbələr universiteti bitirdikdən sonra özlərinin humanitar fəaliyyətlərini müəyyənləşdirə bilmirlər. Mədəniyyət anlayışının aşılanması və davamlı olaraq ölkə mədəniyyətində fəallıq göstərmək universitet tədrisindən uzaqdır. Bunu həm də, nəzəri olaraq tədris etmək uğursuz olduğu üçün, qeyri-formal metodlardan istifadə etmək daha uyğundur. Tələbə şəxsi karyera qurmağı daha çox düşünür. Milli kimlik anlayışının formalaşması mədəniyyətə daha çox bağlıdır. Tələbəlik dövrü bitəndən sonra, iş fəaliyyətində humanitar təşəbbüslər vacibdir.
Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırmışdır.
Qeyd etmək istərdik ki, layihə zamanı gənclərlə keçiriləcək 10 görüşdən 9-u artıq həyata keçirilib: “Təfəkkür” Universiteti, “Odlar Yurdu” Universiteti, “Bakı Avrasiya” Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Humanitar Kolleci, Bakı Biznes və Kooperasiya Kolleci və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı.