SON DƏQİQƏ

“Hörmətli sərnişinlər, təyyarəmiz Xankəndinin üzərindən keçir” - AZAL-a qattəzə təklif...

Tarix:9-01-2018, 19:46

Təyyarəmiz Bakı-Naxçıvan reysiylə göyə qalxdı. Xəzər dənizi üzərində dövrə vurandan sonra üzü Qarabağ istiqəmətində sürət yığdı. Uçağımız Qarabağın üstündən keçirdi. Xocalı, Xankəndi görünürdü. Həmin an təyyarəmizdə Amerika filmi nümayiş etdirilirdi. Yarım saatdan sonra Naxçıvanın möhtəşəm dağlarının ətrafında dövrə vurub yerə endik. Vəssalam. Bu mənim Bakı Naxçıvan səfərim idi.
2010-cu ildə Bursa beynalxalq kinofestivalında iştirak üçün Ərzurumdan Bursaya təyyarə ilə uçmalı idim. Türk Hava Yollarının uçağı göyə qalxdı. Palandökən dağının üzərindən keçərək Bursaya doğru sürət yığdı. Hava qaralmağa başladı. 20-25 dəqiqə sonra təyyarə turbulensə düşmüş kimi aşağıya enməyə başladı. Buludları yara-yara enirmiş kimi təsir bağışladı. Təyyarənın sürəti azaldı. Saat etibarıyla Bursaya hələ bir saat var idi. Salonda elan verdilər. : "Sayın yolçular . Sizinlə danışan təyyarə kapitanı Şahin Özkayadır. Sizlərə bilgi vermək istəyirəm ki, uçağımız Türkiyə Cumhiriyyətinin baş kəndi Ankara üzərindən keçir. Nəzərəinizə çatdırıram ki, Cumhuriyyətimizin kurucusu Atatürkün məzarı görünməyi üçün buludlardan aşağı endik. Təxminən 3 dəqiqiəlik zaman içində böyük atamızı sayğıyla yada salın”. 
Mən pəncərəyə tərəf yönəldim. İşıqlarla dolu Anıt məzar çox aydın görünürdü. Bütün sərnişinlər ürəklə Anıt məzarı seyr edirdilər. Bir neçə dəqiqiədn sonra təyyarə yükşələrək buludların arasına girdi. Bax beləcə Atatürkü, göydə olmalarına baxmayaraq heç zaman yaddan çıxarmadılar. Amma və lakin təəssüf hissiylə bildirmək istəyirəm ki, bu məsələ artıq 5 ildir ki, ləğv olunub. 

Bizdə də Azərbaycan Hava Yolları Naxçıvana uçarkən Qarabağ üzərindən keçəndə "Hörmətli sərnişinlər, bizim təyyarə Xankəndinin və Xocalının üzərindən keçir” və ya ayrı bir yaddaş üçün sözlər işlətsə yaxşı olardı. Bəlkə də Qarabağa yuxarıdan da olsa baxmaq üçün...

Tahir Tahiroviç, Kinorejissor
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ