www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Şvarseneqqerdən Trampa gözlənilməz təklif - Gəl yerlərimizi dəyişək - Video

Şvarseneqqerdən Trampa gözlənilməz təklif - Gəl yerlərimizi dəyişək - Video

Bölmə: Gündəm
Şvarseneqqerdən Trampa gözlənilməz təklif - Gəl yerlərimizi dəyişək - Video
Hollivud aktyoru Arnold Şvarseneqqer ABŞ prezidenti Donalda Trampa maraqlı təklif edib.
Xarici KİV-ə istinadən xəbərə görə Şvarseneqqer "Namizəd" (The Apprentice) realiti-şousunun aşağı reytinqlərinə görə Trampın tənqidlərinə cavab verib. Vəziyyətdən çıxış yolu kimi Trampa yenidən şouya aparıcılıq etməyi təklif edib.

Cümə axşamı səhər, dini liderlərlə Vaşinqtonda yeməkdən əvvəl dua edən Tramp “Gəlin Şvarseneqqerə görə dua edək” deyə çağırış edib:

“Siz bilirsiz ki, "Namizəd" realiti-şousu çox böyük uğur qazandı. Lakin, mən bu şoudan getməli oldum. Daha sonra məşhur aktyoru aparılıcq etmək üçün şouya dəvət etdilər. Bundan sonra reytinq sürətlə aşağı düşməyə başladı, çox bərbad vəziyyətdir. Gəlin Şvarseneqqerə görə dua edək.”

Buna cavab olaraq, aktyor Tvitter hesabında video paylaşıb:

"Salam Donald, mənim çox gözəl ideyam var. Gəl, yerlərimizi dəyişək. Sən reytinq üzrə belə yaxşı ekspertsənsə, qayıt TV-yə. Mənsə prezident vəzifəsini icra edim. Qoy, bundan sonra camaat rahat yaşasın. " - Şvarseneqqer belə deyib.