www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Rabitə Nazirliyinin adı dəyişdi


Rabitə Nazirliyinin adı dəyişdi

Bölmə: Gündəm
Prezident İlham Əliyev Əli Məmməd oğlu Abbasovun rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ə. Abbasov bundan öncə rabitə və informasiya texnologiyaları naziri vəzifəsində çalışırdı.

Dövlət başçısının daha bir sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalanlb. Məlumata görə, Nazirlər Kabineti sərəncamla yaradılmış Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında əsasnamənin layihəsini, onun strukturu və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.