www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Azərbaycanda hərbi maşın minaya düşüb.

Azərbaycanda hərbi maşın minaya düşüb.

Bölmə: Gündəm
Azərbaycanda hərbi maşın minaya düşüb.
Azərbaycanda hərbi maşın cəbhə xəttində minaya düşüb

Hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissəyə məxsus “Ural” markalı yük maşınının cəbhə xəttində minaya düşməsi nəticəsində avtomobil yararsız hala düşüb.

Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən hərbi qulluqçu Novruz Zeynalovun müxtəlif xəsarətlər aldığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləsələr də sürücünün xəsarət almadığı bildirilib.