www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Qaynaq saçların arxasındakı şok həqiqət - Satın alınmış gözəlliyin pərdə arxası

Qaynaq saçların arxasındakı şok həqiqət - Satın alınmış gözəlliyin pərdə arxası

Bölmə: Gündəm, Xəbər Lenti
Qaynaq saçların arxasındakı şok həqiqət - Satın alınmış gözəlliyin pərdə arxası
Qadınların tez-tez istifadə etdiyi üsullardan biri olan qaynaq saçlar, gözəllik salonlarına gələnə qədər bir çox mərhələdən keçir.
Londonda bir stilist, telelvizya aparıcısı gözəllik salonunda 3 saat vaxt ərzində 1200 sterlin xərcləyərək saçlarına təbii insan saçı əlavə elətdirib. Dünya miqyasında bir çox qadının tətbiq etdiyi bu üsul “Daily Mail”in gündəminə düşüb və qəzet aparıcının saçlarına əlavə edilən saçların mənbəyini araşdırıb.

Birləşmiş Millətlər Təşkilatında saç qaynağı prosedurunun son 5 ildə 70 faiz artdığı bilinir. Saç idxalında dünyada üçüncü yerdə olan ölkə, ildə 43 milyon ton insan saçı satın alır. Bu rəqəm 2 milyon insanın başını örtə biləcək, ya da dünyanın 3200 dəfə fırlana biləcək qədər saç deməkdir.

Lakin bir çox qadın istifadə etdiyi saçların hekayəsini və yaxud da haradan gəldiyini bilmir.

Cənubi Hindistanda yer alan Yadagirigutta Məbədində kasıb bir qadın, səbirlə saçlarının qırxılmasdını gözləyir. Məbəddə olan qadınların bir çoxunun saçları heç boyanmamış və fen çəkilməmiş vəziyyətdə olur. Bərbərlər tərəfindən “bakirə saç” adlandırılan bu saçlar, saç bazarının vazkeçilməzdir.

Məbəddə saçlarını kəsdirən 28 yaşlı Lavana Kakala, bu saçların qarşılığında heç bir şey almayacağını bilir. Bu onun innancına görə Tanrıya təşəkkür etmə şəkilidir. Kakala: “Etdim çünki Tanrıya təşəkkür etmək istəyirəm. Bundan sonra saçlarıma nə olacağı ilə maraqlanmıram. Saçları yaxşı olmayan bir qadın mənim saçlarımdan istifadə edib gözəl görünmək istəyirsə, bu onların zibilliyə atılmasından yaxşdıır” deyir.

Şərqi Avropada olduqca çox yayılan saç satışı haqqında isə fərqli hekayələr söylənilir. Həqiqət olub , olmadığı dəqiqləşməsə də deyilənə görə Şəqri Avropa həbsxanalarındakı məhkumların saçları qırxılaraq satışa çıxarılır.